Hibrid abutilon
== Təbii yayılması: ==
Vətəni Cənubi Amerikadır.
== Botaniki təsviri: ==
Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir.
== Ekologiyası: ==
Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.